Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Narışkin Moskvada CIA direktoru ilə görüşdüyünü təsdiqlədi

2 dəq
Paylaş:
Narışkin Moskvada CIA direktoru ilə görüşdüyünü təsdiqlədi

Xarici Xidmətinin (SVR) direktoru ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri ilə Moskvada keçirdiyi görüşü təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Narışkin jurnalistlərə açıqlamasında görüşün baş tutduğunu təsdiqləyib və bunun qeyri-adi hal olmadığını bildirib.

SVR rəhbərinin sözlərinə görə, görüş zamanı kəşfiyyat xidmətlərinin birbaşa səlahiyyətlərinə aid olan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Narışkin kəşfiyyat orqanlarının fəaliyyət sahəsinin həssas və xüsusi xarakter daşıdığını vurğulayıb. O, bu cür təmasların kəşfiyyat rəhbərlərinin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi olduğunu qeyd edib.

Xatırladaq ki, Con avqustun 25-də səhər saatlarında Rusiyaya səfər edib.

ABŞ Prezidenti Donald Tramp CIA rəhbərinin Moskva səfərini “adi, rutin bir səfər” kimi xarakterizə edib və hadisəyə böyük siyasi əhəmiyyət verilməməli olduğuna işarə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə