Əsas məzmuna keç

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Göyçayda marixuana qəbul edərək sükan arxasına keçən 34 yaşlı Teymur Həmidov saxlanıldı. Məhkəmənin çıxardığı 15 sutkalıq inzibati həbs qərarının təfərrüatları burada.

en ru

Göyçayda narkotikin altında idarə edən sürücü həbs olunub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Göyçay Rayon Şöbəsinin Dövlət Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Teymur Həmidov saxlanılıb. Tibbi müayinə zamanı sürücünün marixuana istifadə etdiyi məlum olub.

T.Həmidov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…