Əsas məzmuna keç

Narkotik istifadəçisi sürücü hüquqsuz avtomobil idarə edərkən həbs olundu

Narkotik istifadəçisi sürücü hüquqsuz avtomobil idarə edərkən həbs olundu

Bakı yollarında reyd zamanı narkotik təsiri altında sükan arxasına keçən şəxs saxlanılıb. Sürücülük vəsiqəsi olmayan vətəndaşı hansı cəza gözləyir?

en ru

altında sürücülük hüququ olmadan idarə edən şəxs edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Süni gərginlik yaratmaqla sənədlərini təqdim etməkdən yayınmağa çalışan S.Səmədovun sürücülük hüququnun olmaması müəyyən edilib.

Araşdırma zamanı hərəkətləri şübhə doğuran S.Səmədov tibbi müayinəyə cəlb edilib və onun narkotik maddə qəbul etməsi üzə çıxıb. Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən Səmədov 17 gün müddətinə inzibati qaydada həbs olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…