“Napoli” İtaliya çempionu olub

“Napoli” İtaliya çempionu olub
05.05.2023 07:00
Aa
dəq

“Napoli” futbol klubu 1990-cı ildən sonra yenidən İtaliya A seriyasının qalibi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, A seriyasının 33-cü turunda “Napoli” səfərdə “Udineze”nin qonağı olub və matç 1:1 hesabı ilə sona çatıb.

İlk hissədə hesabı “Udineze”nin futbolçusu Sendi Lovriç açıb. Fasilədən 7 dəqiqə sonra Viktor Osimen hesabı bərabərləşdirib.

Bu, Luçano Spalettinin yetirmələrinə sona beş tur qalmış turnirin qalibi olmaq imkanı verib. Belə ki, xallarının sayını 80-ə çatdıran klub ikinci pillədə qərarlaşan “Latsio”nu 16 xal qabaqlayır. Beləliklə də “Napoli” A seriyasının sonuna 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.

“Napoli” ümumilikdə üçüncü dəfə “Skudetto”nun sahibi olub.

Çempionatın bitməsinə 5 tur qalmış ikinci yerdə Roma “Latsio”su (64), Turinin “Yuventus”u (63) ilk üçlükdə qərarlaşıb.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu