Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı rəsmi məlumata görə, ölkənin Hmelnitski vilayəti ərazisində hərbi aviasiyaya məxsus "Su-24M" tipli bombardmançı təyyarə qəzaya uğrayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə yerli vaxtla saat 19:00 radələrində, təyyarənin tapşırıq yerinə yetirdiyi zaman baş verib.
Qəza nəticəsində təyyarənin heyətində olan 2 pilot həyatını itirib.
Hazırda hadisə yerində axtarış-xilasetmə qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərir.
İlkin məlumatlara əsasən, qəza nəticəsində mülki şəxslər arasında xəsarət alan və ya ölən olmayıb.
Səlahiyyətli qurumlar tərəfindən insidentin başvermə səbəbləri və şəraiti ilə bağlı araşdırmalara başlanılıb.