Əsas məzmuna keç

Mustafa Şəntop: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

Mustafa Şəntop: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

"Biz Gürcüstanın da, Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləyirik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Ankarada Qara İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının yaranmasının 30 illiyi münasibətilə keçirilən iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Qara dənizin əsas problemi müharibədir: " ilə arasında müharibədən bir ildən çox vaxt keçib. Nəticədə Qara dəniz iflic olub. Biz Gürcüstan və Azərbaycanla yanaşı, Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyirik".

M.Şəntop bildirib ki, Türkiyə müharibənin ən qısa vaxtda başa çatmasını arzulayır: "Təəssüf ki, Qərb dövlətləri müharibənin uzanmasında maraqlıdır".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…