Murad Musayev "Sabah" azarkeşlərinə müraciət edib

Murad Musayev "Sabah" azarkeşlərinə müraciət edib
08.08.2023 19:46
Aa
dəq

"Sabah" klubunun baş məşqçisi Murad Musayev azarkeşlərə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rusiyalı mütəxəssis tərəfdarları Bakıda Serbiya "Partizan"ına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda komandasına dəstək olmağa çağırıb.

"Hörmətli azarkeşlər. Bir neçə ildir eyni arzu ilə yaşayırdıq - avrokuboklara vəsiqə qazanmaq. Klubun hər bir əməkdaşı ev oyunumuzu doğma meydanımızda keçirmək üçün böyük iş gördü. Sizin də dəstəyinizlə bundan öncə evdə keçirdiyimiz çətin matçda geridönüş edərək tarixi qələbə qazandıq. Biz bunun öhdəsindən gələ bildik. Qarşılığında əldə etdiklərimiz isə tamamilə qiymətsizdir. Dəstəyiniz möhtəşəm idi. İndi bizi doğma meydanda "Partizan"a qarşı daha bir tarixi oyun gözləyir. Dəstəyiniz böyük təsirə malikdir. Gəlin, "Sabah"a dəstək olun. Yolunuzu gözləyirik", - 40 yaşlı çalışdırıcı deyib.

Qeyd edək ki, avqustun 10-da "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu