Operativ Məlumat Mərkəzi

Münaqişələr nəticəsində mülki əhalinin ölümü 72 faiz artıb

2 dəq
Paylaş:
Münaqişələr nəticəsində mülki əhalinin ölümü 72 faiz artıb
bu barədə xarici KİV məlumat yayıb. BMT Təhlükəsizlik Şurasının mülki şəxslərin müdafiəsini gündəmə gətirməsindən 25 il keçdiyini xatırladan Msuya,...

Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin Humanitar Məsələlər üzrə müavini və Təcili Yardım Koordinatorunun müavini Coys Msuya, 2023-cü ildə dünyada münaqişələrdə mülki ölümlərin bir əvvəlki ilə nisbətən 72 faiz artdığını ifadə edərək, BMT-nin son 33 min mülki ölümünü qeyd etdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

BMT Təhlükəsizlik Şurasının mülki şəxslərin müdafiəsini gündəmə gətirməsindən 25 il keçdiyini xatırladan Msuya, münaqişədə mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının 75-ci ildönümü olduğunu da xatırladıb.

Msuya 2023-cü ilin qarşıdurmada olan mülki vətəndaşların qorunması baxımından pis bir il olduğuna diqqət çəkərək, HƏMAS-ın 7 oktyabr hücumu və İsrailin hücumları nəticəsində görünməmiş ölüm, dağıntı və ağrıların yaşandığını qeyd edib.

Msuya Qəzzada on minlərlə insanın öldürüldüyünü və "uşaqlara qarşı müharibə"nin başladığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər