Əsas məzmuna keç

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı keçirilib

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı keçirilib

iyunun 17-dən başlayan “Muğam Aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı 25 iyuna kimi davam edəcək. “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalında...

Azərbaycanın zəngin irsinin incisi olan sənətini beynəlxalq miqyasda tanıtma məqsədilə Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və və Milli Konservatoriyasının dəstəyi ilə “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iyunun 17-dən başlayan “Muğam Aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı 25 iyuna kimi davam edəcək.

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalında “Çoban həyatı”, “Bayatı Kürd muğamı”, “Auc Maqam, Bağdad Maqamatı”, “Əl-Əndəlüs musiqisindən nümunələr”, “Dəşti muğamı”, “Bayat və Tarona”, “Bhairavi Raga”, “Zandan Hureng”, “Muğamat var olan yerdə” adlı qala-konserti keçirilib.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Mədəniyyətimizin bütün sahələrini, o cümlədən musiqi və muğam sənətinin inkişafına, təbliğinə yüksək diqqət və qayğı göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva da mədəniyyətimizin və ulu muğamımızın böyük himayədarıdır. Təsadüfi deyil ki, məhz hörmətli Mehriban xanımın səyləri və qayğısı ilə Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

Bu gün Azərbaycandan və onlarla ölkədən muğam ifaçılarını növbəti dəfə bir araya gətirən “Muğam Aləmi” festivalı da 2009-cu ildən məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə təşkil olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…