Operativ Məlumat Mərkəzi

Mövlud Çavuşoğlu: “Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”

1 dəq
Paylaş:
Mövlud Çavuşoğlu: “Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”
bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib. O bildirib ki, türkün yolu Orta dəhlizdən keçir: “Mənə maraqlıdır ki,...

“Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O bildirib ki, türkün yolu Orta dəhlizdən keçir:

“Mənə maraqlıdır ki, Azərbaycandan nə istəyirlər? Azərbaycan Qarabağı işğaldan azad etmək üçün dəstək olanda daxilimizdəki bəziləri təəssüfləndi”.

O bildirib ki, bu gün Türkiyə regional və qlobal siyasi aktordur:

“Ukraynadakı müharibənin ən qısa zamanda bitməsi üçün səmimi səy göstərən yeganə ölkə Türkiyədir. Deyirlər ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır. Niyə? Axı bu sanksiyalardan itirən xalq olacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər