Rusiya Azərbaycan və İrəvanın sülh sazişi əldə etmək cəhdini dəstəkləyir

Rusiya Azərbaycan və İrəvanın sülh sazişi əldə etmək cəhdini dəstəkləyir
27.12.2023 16:34
Aa
dəq

Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi bağlamaq üçün siyasi iradəsini görür və bu addımı dəstəkləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

"Əhəmiyyətli olan odur ki, biz həm Bakıda, həm də İrəvanda hər iki tərəfdə siyasi iradənin olduğunu görürük. Təbii ki, biz bunu dəstəkləyirik. İnanırıq ki, belə bir sazişin imzalanması hər iki ölkə üçün faydalı olacaq",- deyə Peskov qeyd edib.

Kremlin sözçüsü bütün bölgədə sülh və sabitliyin təmin edilməsi lazım olduğunu söylədi.

Peskovun sözlərinə görə, Rusiya tərəfi bəyan edir ki, Ermənistan və Azərbaycan “sülh sazişi üzrə işi başa çatdırmağa doğru irəliləyir”.

"Ümid edirik ki, bu, ən qısa zamanda baş verəcək. Təbii ki, keyfiyyətdən ödün verməklə deyil. Ona görə də bu işin hamı ilə birlikdə tamamlanmasını gözləyirik", - o vurğulayıb.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu