Əsas məzmuna keç

Monteneqroda üç günlük milli matəm elan olunub

Monteneqroda üç günlük milli matəm elan olunub

ölkədə yeni ilin əvvəlinə planlaşdırılan bütün tədbirlər ləğv edilib. Qərbi Balkan regionu ölkələrindən Serbiya, Bosniya və Herseqovina və Xorvatiya...

hökuməti ölkənin cənubundakı şəhərində 12 nəfərin ölümü və 4 nəfərin yaralanması ilə nəticələnən kütləvi qətlə görə üç günlük elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkədə yeni ilin əvvəlinə planlaşdırılan bütün tədbirlər ləğv edilib.

Qərbi Balkan regionu ölkələrindən Serbiya, Bosniya və Herseqovina və Xorvatiya liderləri Monteneqro Prezidenti Yakov Milatoviçə başsağlığı mesajı ünvanlayıblar.

Monteneqro Baş naziri Miloyko Spayiç hökumətin ölkədə odlu silah saxlamağın tam qadağan olunmasını nəzərdən keçirəcəyini açıqlayıb.

Xatırladaq ki, bu, son iki il yarım ərzində Çetinyedə törədilən ikinci kütləvi qətl hadisəsidir. 2022-ci il avqustun 13-də baş verən insident nəticəsində 10 nəfər həlak olmuş, 6 nəfər yaralanmış və silahlı şəxs polislə atışma zamanı öldürülmüşdü.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…