Moldovada Xocalıya həsr olunan tədbir keçirilib

Moldovada Xocalıya həsr olunan tədbir keçirilib
22.02.2023 01:28
Aa
dəq

21 fevralda Moldovanın paytaxtı Kişinauda Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi, Moldova Azərbaycan Konqresinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Moldova Tarix muzeyində Xocalıya həsr olunmuş konfrans keçirilib. Tədbir “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Konfransda Azərbaycan Respublikası Milli Məclisin deputatları, Moldova rəsmiləri, ictimai-siyasi xadimlər, azərbaycan diasporun üzvləri, Moldovada akkreditə olan diplomatik nümayəndəliklərin rəhbərləri – qardaş Türkiyə, Bolqarıstan, Qətər, İsrail, Rumıniya, Qazaxıstan səfirləri, o cümlədən bu ölkədə yəhudi ictimai təşkilatların rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

İlk öncə qonaqlar Moldova Tarix muzeyinin foyesində təşkil olan Xocalı soyqırımını əks etdirən foto şəkillər ilə tanış olublar.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun təqdim etdiyi Xocalı soyqırımı haqqında broşürlər, lifledlər, “Sonsuz dəhliz” filminin diskləri, döş nişanları paylanılıb. Sonra konfransda Xocalı qoyqırımı haqqında “Histogram #Khojaly” filmi nümayiş olunub.

Həftənin ən çox oxunanları