Əsas məzmuna keç

Moldovada Xocalıya həsr olunan tədbir keçirilib

Moldovada Xocalıya həsr olunan tədbir keçirilib

21 fevralda Moldovanın paytaxtı Kişinauda Respublikasının Moldovadakı Səfirliyi, Moldova Azərbaycan Konqresinin təşkilatçılığı və Fondunun dəstəyi ilə Moldova Tarix muzeyində Xocalıya həsr olunmuş konfrans keçirilib. Tədbir “Xocalıya ədalət” kampaniyası çərçivəsində olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Konfransda Azərbaycan Respublikası Milli Məclisin deputatları, Moldova rəsmiləri, ictimai-siyasi xadimlər, azərbaycan diasporun üzvləri, Moldovada akkreditə olan diplomatik nümayəndəliklərin rəhbərləri – qardaş , Bolqarıstan, Qətər, İsrail, Rumıniya, Qazaxıstan səfirləri, o cümlədən bu ölkədə yəhudi təşkilatların rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

İlk öncə qonaqlar Moldova Tarix muzeyinin foyesində təşkil olan Xocalı soyqırımını əks etdirən foto şəkillər ilə tanış olublar.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun təqdim etdiyi Xocalı soyqırımı haqqında broşürlər, lifledlər, “Sonsuz dəhliz” filminin diskləri, döş nişanları paylanılıb. Sonra konfransda Xocalı qoyqırımı haqqında “Histogram #Khojaly” filmi nümayiş olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…