Operativ Məlumat Mərkəzi

Müxalifət prezident seçkilərinin nəticələrinə etiraz edəcək

1 dəq
Paylaş:
Müxalifət prezident seçkilərinin nəticələrinə etiraz edəcək
bu barədə müxalifət blokunun "Qələbə" lideri İlan Sor bildirib. "Sandu prezident aparatında qalsa, bu, o demək olacaq ki, o, hakimiyyəti qəsb edib. Biz...

Moldova müxalifəti hazırkı prezident Maya Sandunun qalib gəldiyi prezident seçkilərinin rəsmi nəticələrini tanımır və ölkənin Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə müxalifət blokunun "Qələbə" lideri İlan Sor bildirib.

"Sandu prezident aparatında qalsa, bu, o demək olacaq ki, o, hakimiyyəti qəsb edib. Biz Mərkəzi Seçki Komissiyasının qərarından Konstitusiya Məhkəməsinə şikayət edəcəyik. Mübarizəmizi davam etdirəcəyik”, - deyə o, “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Sorun fikrincə, müxalifətdə prezident seçkilərində hazırkı prezidentin xeyrinə səslərin külli miqdarda saxtalaşdırılmasına dair sübutlar var.

“Bir çox müşahidəçilər seçki məntəqələrindən sıxışdırılıb, çünki diplomatların ölkə daxilində olduğundan daha çox səlahiyyət və imkanları var idi”,- deyə Sor qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər