"Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə necə münasibətlər qurması onun öz daxili işidir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında sədr Sahibə Qafarova deyib.
"Azərbaycanın suverən hüquqlarına qarışmağa heç kəsin ixtiyarı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa və ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq", - sədr vurğulayıb.
S.Qafarova əlavə edib ki, bu gün bəzi müəyyən qüvvələr Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi, tarixi ədalətin bərpa olunması ilə heç cür barışa bilmirlər:
"Onlar ölkəmizə böhtanlar atır, bölgədə yenidən münaqişə yaratmağa, Ermənistanla Azərbaycan arasında uzun müddətli sülh yaratmaq səylərini pozmağa çalışırlar”.