Misirin paytaxtı Qahirədə binanın uçması nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əl-Əhram qəzeti məlumat yayıb.
4 mərtəbəli binanın çökdüyü ərazidə mülki müdafiə qrupları axtarış-xilasetmə işlərini davam etdirir.