"Baş naziri Nikol Paşinyanın Ərdoğanın andiçmə mərasimində ikinci sırada olması protokol məsələsidir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 5-də Milli Assambleyada 2022-ci il büdcəsinin icrası ilə bağlı hesabatı zamanı “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryanın sualını cavablandırarkən deyib.
"Bütün baş nazirlər ikinci sırada idilər", - deyə nazir əlavə edib.
“Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan qeyd edib ki, Şərqdə simvollara böyük diqqət yetirirlər. Onun sözlərinə görə, Paşinyanın yüzlərlə stul arasında Azərbaycan prezidenti İlham Əliyevin düz arxasında əyləşməsi təsadüfi ola bilməz.