Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Moskvaya işgüzar səfərə gedəcək erməni həmkarı Ararat Mirzoyanla danışıqlar aparacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS agentliyinə istinadən xəbər verir ki, əsas mövzular arasında İrəvan və Bakı arasında sülh müqaviləsinin hazırlanması, həmçinin bu məqsədlə Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünün təşkili yer alacaq.