Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 26-28 yanvar tarixlərində Strasburqa işgüzar səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Armenpress məlumat yayıb.
Bildirilib ki, Ermənistanın Avropa Şurasına üzvlüyünün 25-ci ildönümünə həsr olunmuş tədbirlər planlaşdırılır.
Ararat Mirzoyan yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının canlı yayımlanacaq iclasında çıxış edəcək.
Səfərin proqramına ikitərəfli görüşlər də daxildir.