Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Mingəçevir şəhər sakini, 2013-cü il təvəllüdlü qızın ölməsi faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.
15:44
Mingəçevir şəhərində10 yaşlı qız zəhərlənərək ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, şəhər sakini, 2013-cü il təvəllüdlü Leyla Quluzadə zəhərlənmədən xəstəxanaya yerləşdirilib.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, azyaşlı dərman vurulmuş ağacdan alça yedikdən sonra zəhərlənib.