Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Minalardan 2278 hektar ərazi təmizləndi

2 dəq
Paylaş:
Minalardan 2278 hektar ərazi təmizləndi

Azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları çərçivəsində martın 30-dan aprelin 5-dək 34 tank əleyhinə mina, 83 piyada əleyhinə mina2254 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdəki humanitar fəaliyyəti ilə bağlı məlumatında deyilir. Rəsmi rəqəmlərə əsasən, hesabat dövründə ümumilikdə 2278.1 hektar ərazi minalardan tam təmizlənib.

Qeyd edək ki, bu tədbirlərini ANAMA, , Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd (DSX) və dörd özəl şirkət birgə həyata keçirir.

Əməliyyatlar əsasən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində aparılır. Həmçinin, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri də minalardan təmizlənən ərazilər sırasındadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax