Əsas məzmuna keç

Vüqar Süleymanov: Qarabağ və Şərqi Zəngəzurda 270 min hektar ərazi minalardan təmizlənib

Vüqar Süleymanov: Qarabağ və Şərqi Zəngəzurda 270 min hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri işğaldan azad edilmiş ərazilərdə görülən minatəmizləmə işlərinin statistik göstəricilərini açıqlayıb.

en ru

təhlükəsi qlobal miqyasda bərpa proseslərini ləngidən, inkişafı əngəlləyən və insan həyatı üçün ciddi risk yaradan əsas amillərdən biridir. Bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar mina fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri məlumat verib.

Vüqar Süleymanov bildirib ki, mina probleminin həlli üçün beynəlxalq tərəfdaşlıq, qabaqcıl təcrübə mübadiləsi və innovativ yanaşmalar böyük əhəmiyyət kəsb edir. O, 2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı tədbirləri diqqətə çatdırıb:

  • 2020-ci ilin noyabr ayından etibarən 270 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
  • Ümumilikdə 250 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Agentlik rəhbəri qeyd edib ki, bu fəaliyyət işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və bərpa-quruculuq işlərinin sürətləndirilməsi üçün strateji xarakter daşıyır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…