Əsas məzmuna keç

Vüqar Süleymanov: Minatəmizləmə prosesi şəhərsalma strategiyası ilə əlaqələndirilib

Vüqar Süleymanov: Minatəmizləmə prosesi şəhərsalma strategiyası ilə əlaqələndirilib

ANAMA sədri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində mina təhlükəsizliyinin rolundan bəhs edib.

en ru

Minatəmizləmə fəaliyyəti təkcə humanitar xarakter daşımır, həm də bərpa və yenidənqurma proseslərinin təməl daşını təşkil edir. Bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Pavilyonunda təşkil olunan “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar mina fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri məlumat verib.

ANAMA rəhbəri qeyd edib ki, minatəmizləmə işləri yaşayış məntəqələrinin inşası, infrastrukturun bərpası, kənd təsərrüfatı, şəbəkələrinin genişləndirilməsi və iqtisadi canlanma üçün ilkin şərtləri yaradır. Vüqar Süleymanovun sözlərinə görə, Böyük Qayıdış Proqramı çərçivəsində minatəmizləmə tədbirləri şəhərsalma və inkişaf prosesləri ilə tam inteqrasiya olunmuş şəkildə icra edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…