Milli Paralimpiya Komitəsinə yeni prezident seçilib

Milli Paralimpiya Komitəsinə yeni prezident seçilib
24.07.2023 21:08
Aa
dəq

Milli Paralimpiya Komitəsinin (MPK) Növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti İlqar Rəhimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və komitənin üzvləri iştirak ediblər.

Növbədənkənar Ümumi Yığıncaqda ötəni il ərzində görülən işlər barədə hesabat, İ.Rəhimovun IBSA prezidenti seçilməsi ilə əlaqədar MPK prezidentliyindən öz arzusu ilə istefası, eləcə də Komitənin nizamnaməsinə dəyişikliyin edilməsi və rəhbər orqanının formalaşdırılması kimi məsələlərə baxılıb.

Fərid Qayıbov ölkədə idmanın inkişafı sahəsində görülən işlərə diqqət çəkib. Nazir Komitənin sabiq prezidenti İlqar Rəhimova gələcək fəaliyyətində uğurlar arzu edib.

İ.Rəhimov çıxışında Komitəyə gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıb və üzvlərdən istefasının qəbul edilməsini xahiş edib.

Sonra İlqar Rəhimovun istefası məsələsinə baxılıb və qəbul edilib.

Gündəliyə uyğun olaraq qurumun yeni prezidentinin, vitse-prezidentlərinin və İdarə Heyətinin üzvləri seçilib.

Səsvermənin nəticəsinə əsasən, Hidayət Abdullayev Komitənin yeni Prezidenti, İlham Zəkiyev və Fuad Hacıyev vitse-prezidentlər, Jalə Əhmədova və Ramilə Mahmudova isə İdarə Heyətinin üzvləri seçiliblər.

H.Abdullayev göstərilən etimada görə minnətdarlığını bildirib.

Yeni vitse-prezident İlham Zəkiyev və İdarə Heyətinin yeni üzvü Jalə Əhmədova çıxışlarında bu sahənin inkişafı istiqamətində bundan sonra da əzmlə çalışacaqlarını qeyd ediblər.

Həftənin ən çox oxunanları

Məşhur güləşçinin atası rəhmətə gedib

Məşhur güləşçinin atası rəhmətə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
DAVAMIN OXU davamın oxu

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
DAVAMIN OXU davamın oxu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
DAVAMIN OXU davamın oxu