Milli Məclisin sədri Yevlax görüşündən gözləntilərini açıqlayıb

Milli Məclisin sədri Yevlax görüşündən gözləntilərini açıqlayıb
21.09.2023 13:15
Aa
dəq

"Ümid edirəm ki, bugünkü dialoq erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcək".

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxışı zamanı deyib.

Spiker sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin bir sıra irimiqyaslı hərbi təxribatlara və terror aktlarına əl atdığını iştirakçıların nəzərinə çatdırıb.

O, bu təxribatlara cavab olaraq, ölkəmizin regionda lokal anti-terror tədbirlərinə başladığını deyib, bu tədbirlərin məqsədinin Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərindən tərksilah edilərək çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası olduğunu vurğulayıb.

S.Qafarova bildirib ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin müraciətinə baxılaraq qeyd olunan şərtlər əsasında lokal anti-terror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Milli Məclisin sədri, erməni sakinlərin nümayəndələri ilə bu gün yenidən başlayacaq dialoqun onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcəyinə, öz növbəsində Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına ümidvar olduğunu bildirib.

Həftənin ən çox oxunanları

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub
DAVAMIN OXU davamın oxu

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub
DAVAMIN OXU davamın oxu

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib
DAVAMIN OXU davamın oxu

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək
DAVAMIN OXU davamın oxu

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var
DAVAMIN OXU davamın oxu