Əsas məzmuna keç

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi bəlli olub

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi bəlli olub

Parlamentin yaz sessiyası çərçivəsində keçiriləcək iclasda bir sıra qanun layihələri və kadr məsələləri müzakirə olunacaq.

en ru

Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası mayın 26-na təyin edilib. İclasın gündəliyinə ümumilikdə 13 məsələnin daxil edildiyi bildirilir.

Gündəlikdə yer alan əsas məsələlər aşağıdakılardır:

  • Gender bərabərliyinin təmin olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci il üzrə fəaliyyəti haqqında məlumat;
  • Ali Məhkəməsi, habelə , Şəki və Şirvan apellyasiya məhkəmələrinin hakimlərinin təyin edilməsi;
  • Hakim kadr dəyişiklikləri: N.T.Əliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi və B.M.Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi;
  • "Maliyyə icarəsi haqqında" qanun layihəsi (üçüncü );
  • Mülki, Vergi, Rəqabət məcəllələri və bir sıra digər qanunvericilik aktlarında, o cümlədən "Banklar haqqında", "İcbari sığortalar haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);
  • "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş);
  • "Vətəndaşların müraciətləri haqqında" qanunda dəyişiklik (üçüncü oxunuş);
  • "Diplomatik xidmət haqqında" qanunda dəyişiklik (ikinci oxunuş);
  • İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…