Operativ Məlumat Mərkəzi

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

1 dəq
Paylaş:
Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Yanvarın 20-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, deputatlar, Milli...

Yanvarın 20-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Parlament Aparatının və İşlər İdarəsinin kollektivləri 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər