Əsas məzmuna keç

Milli Məclisin 2026-cı il yaz sessiyası üzrə qanunvericilik işləri planı təsdiqləndi

Milli Məclisin 2026-cı il yaz sessiyası üzrə qanunvericilik işləri planı təsdiqləndi

Parlamentin gündəliyinə Dövlət Qulluğu Məcəlləsi və uşaq hüquqları ilə bağlı mühüm yeniliklər daxil edildi. 3 yeni qanun layihəsi və büdcə icrası barədə detallar xəbərdə.

en ru

Respublikası Milli Məclisinin 2026-cı il yaz sessiyası üçün işləri təsdiq olunub. Sənəd parlamentin yaz sessiyası çərçivəsində keçirilən bugünkü plenar iclasda müzakirəyə çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, təqdim edilən iş planında üç yeni qanun layihəsinin yaz sessiyasının gündəliyinə daxil edildiyi bildirilib. Sessiya müddətində bir sıra mühüm normativ sənədlərin qəbulu nəzərdə tutulur.

Belə ki, yaz sessiyası ərzində Dövlət Qulluğu Məcəlləsi, “ hüquqları haqqında” qanun, eləcə də 2025-ci il dövlət büdcəsinin icrası barədə qanun layihəsinin qəbul edilməsi planlaşdırılır.

Qanunvericilik işləri planına, eyni zamanda, Azərbaycan Prezidentinin, deputatlarının, Ali Məhkəmənin, seçki hüququna malik 40 min vətəndaşın, Prokurorluğun, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələr daxil edilib. Bundan əlavə, qüvvədə olan müxtəlif qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri də sənəddə yer alıb.

Müzakirələr başa çatdıqdan sonra iş planı səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…