Əsas məzmuna keç

Milli komandanın "sükanı arxasına" hansı keçəcək?

Milli komandanın "sükanı arxasına" hansı keçəcək?

Frenk Lempard və ya Stiven Cerrard İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasına rəhbərlik edə bilər. Yığmanın hazırkı çalışdırıcısı Li...

Frenk Lempard və ya Cerrard İngiltərənin 21 futbolçulardan ibarət milli komandasına rəhbərlik edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "The Telegraph"-a istinadən xəbər verir ki, yığmanın hazırkı çalışdırıcısı Li Karsli AÇ-2023-dən sonra istefa versə, baş postu boş qala bilər.

Cerrardın sonuncu iş yeri “Aston Villa” olub. O, ötən ilin oktyabrında istefaya göndərilib.

Lempard isə son dəfə “Everton”u çalışdırıb. 44 yaşlı mütəxəssis 2023-cü ilin yanvarında Mersisayd təmsilçisinin baş məşqçi postundan uzaqlaşdırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…