Əsas məzmuna keç

Millətlər Birliyinin liderləri təşkilatın yeni baş katibini seçiblər

Millətlər Birliyinin liderləri təşkilatın yeni baş katibini seçiblər

Millətlər Birliyinin liderləri Qananın hazırkı xarici işlər naziri Şirli Ayorkor Botçveyi təşkilatın yeni baş katibi seçiblər. Bu barədə təşkilatın “X”...

Millətlər Birliyinin liderləri Qananın hazırkı naziri Şirli Ayorkor Botçveyi təşkilatın yeni seçiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki hesabında dərc olunan məlumatda deyilir.

"Bu gün hökumət başçıları, hazırda Qananın xarici işlər və regional inteqrasiya naziri olan hörmətli Şirli Ayorkor Botçvey i birliyin yeni baş katibi seçdilər", - məlumatda deyilir.

Millətlər Birliyi Böyük Britaniyanı və demək olar, bütün keçmiş dominionlarını, koloniyalarını, protektoratlarını, Mozambik və Ruandanı əhatə edən 53 müstəqil dövlətin birliyidir. Birlik ölkələrinin ümumi əhalisi iki milyarddan çoxdur. Birliyin başçısı Britaniya monarxıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…