Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İspaniyanın Seuta anklavında miqrant böhranı: 34 nəfər həlak olub

2 dəq
Paylaş:
İspaniyanın Seuta anklavında miqrant böhranı: 34 nəfər həlak olub

İspaniyanın Şimali Afrikadakı Seuta anklavında kütləvi miqrasiya axını nəticəsində azı 34 nəfər həyatını itirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, son 24 saat ərzində təxminən 49 min miqrant quru və dəniz yolu ilə Seutaya daxil olub. Rəsmilər su hövzələrindən çoxsaylı meyitin çıxarıldığını təsdiqləyiblər.

Məlumata görə, təxminən 85 min əhalisi olan şəhərə bir gün ərzində əhalisinin yarısından çoxu qədər miqrant daxil olub. hakimiyyəti gələnlər arasında 7 minə yaxın uşağın olduğunu açıqlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə minlərlə insanın sərhəd hasarlarını aşmağa çalışdığı, bəzilərinin isə dəniz yolu ilə əraziyə keçdiyi əks olunub. Mərakeş qüvvələrinin sərhəd yaxınlığında toplaşan kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə etdiyi bildirilib.

İspaniya hökuməti vəziyyətə nəzarəti bərpa etmək məqsədilə Seuta və Melillaya əlavə polis və hərbi qüvvələr göndərib. Daxili İşlər Nazirliyi qanunsuz yollarla ölkəyə daxil olan miqrantların hüquqi prosedurlara uyğun şəkildə mümkün qədər tez geri qaytarılacağını açıqlayıb.

Qeyd edək ki, İspaniyanın Pedro Sançes vəziyyəti yerində qiymətləndirmək üçün Seutaya səfər edib. Hadisə Avropa İttifaqında miqrasiya siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. İtaliyanın Baş naziri Giorgia Meloni ilə bağlı fövqəladə tədbirlərin görülməsini təklif edib. İspaniyanın naziri Xose Manuel Albares isə bu mövqeni tənqid edərək, səsləndirilən fikirləri qəbuledilməz adlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax