Əsas məzmuna keç

MİDA: İndiyədək 7000-ə yaxın mənzil güzəştli qaydada satılıb

MİDA: İndiyədək 7000-ə yaxın mənzil güzəştli qaydada satılıb

İnşaatı Dövlət Agentliyinin Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Gəncə Yaşayış Kompleksi və Sumqayıt layihəsində yerləşən ümumilikdə 432 mənzilin seçimi prosesi baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı deyib.

O, bildirib ki, son məlumata görə, 432 mənzilin 371-nin ərizəsi vətəndaşlar tərəfindən imzalanıb, qalanları isə artıq seçilib: “Növbəti günün sonunadək vətəndaşların öz ərizələrini imzalayaraq seçim etmələri üçün müddət də razılaşdırılıb. Bu müddət ərzində vətəndaşlar texniki problem yaşayarlarsa əlaqədar qurumlar tərəfindən onlara köməklik göstəriləcək”.

F.Qurbanlı, həmçinin qeyd edib ki, MİDA tərəfindən 7000-ə yaxın mənzil güzəştli qaydada satılıb.

MİDA mənzilləri

Güzəştli mənzil satışı: elan olunan satışın tarixini, şərtləri və qiymətləri, ipoteka ilə aylıq ödənişi bir səhifədə görün.

MİDA səhifəsini açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…