Parlament seçkilərinin nəticələrindən razıyıq. Hər hansı xırda pozuntuya görə seçkilərin nəticələrinə kölgə salmaq düzgün deyil. Bütün müşahidəçilər, media nümayəndələri seçkiləri yaxından izləyirdilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın sentyabrın 4-də keçirilən iclasında səsləndirib.
O qeyd edib ki, pozuntular aşkar olunduğu təqdirdə dairə seçki məntəqələrinin nəticələrinin ləğvi şübhəsizdir.
M.Pənahov bildirib ki, DSK-nın qərarından 3 gün sonra Mərkəzi Seçki Komissiyasına müraciət oluna bilər.
“MSK-ya daxil olan müraciətləri araşdıracağıq”, - deyən M.Pənahov bildirib ki, MSK üzərinə düşən işi lazımi səviyyədə görür.