Əsas məzmuna keç

Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO

Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO

Ötən gecə Ucarda baş verən dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib. Hadisə saat 23 radələrində Bakı-Qazax yolunun 246-cı...

Ötən gecə Ucarda baş verən dəhşətli qəzada həyatını və xəsarət alanların kimliyi müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə saat 23 radələrində Bakı-Qazax yolunun 246-cı kilometrliyində - Alpout kəndinin ərazisində baş verib.

Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi “Peugeot” markalı avtomobili qarşıda gedən “KamAZ”a çırpılıb. Sonradan “Peugeut” markalı tamamilə yanıb.

Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü hadisə yerində yanaraq ölüb. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.

Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…