Operativ Məlumat Mərkəzi

Mexikoda helikopter qəzaya uğrayıb, ölənlər var

1 dəq
Paylaş:
Mexikoda helikopter qəzaya uğrayıb, ölənlər var

Meksikanın paytaxtı Mexikoda helikopterin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Meksika paytaxtının İctimai Təhlükəsizlik Katibliyinin rəhbəri Pablo Vaskes Kamaço sosial şəbəkədə açıqlayıb.

“Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Əhali və yaxınlıqdakı evlər təhlükəyə məruz qalmayıb”, - məmur bildirib.

O həmçinin hadisənin paytaxt bölgənin Koyoakan yaşayış məntəqəsində baş verdiyini diqqətə çatdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər