"Meksika bu həftə Kubaya ərzaq da daxil olmaqla humanitar yardım göndərəcək və ölkəyə neft ixracı üçün diplomatik yollar axtaracaq".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Meksika prezidenti Klaudiya Şeynbaum deyib.
Prezident Karib adası ətrafındakı vəziyyəti ABŞ prezidenti Donald Trampla müzakirə etdiyi barədə xəbərləri təkzib edib.
Şeynbaum əlavə edib ki, onun hökuməti Kubaya neft tədarükü ilə bağlı bütün məsələləri humanitar səbəblərdən diplomatik yolla həll etməyə çalışır.
O, bu qərarın Meksikanın tarixi xarici siyasətinə uyğun olduğunu və neft tədarükünün ölkənin suveren qərarlarının bir hissəsi olduğunu vurğulayıb.
Qeyd edək ki, Kuba dərinləşən iqtisadi böhranın ortasındadır. Neft çatışmazlığı səbəbindən demək olar ki, hər gün 12 saatdan çox davam edən elektrik kəsintiləri baş verir.