Əsas məzmuna keç

Mətbuat Şurası: "Mediada “qara piar” tendensiyası yaşanmadı"

Mətbuat Şurası: "Mediada “qara piar” tendensiyası yaşanmadı"

Ötən gün keçirilən prezident seçkiləri ilə bağlı mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmayıb. Bu barədə Mətbuat...

Ötən gün keçirilən ilə bağlı mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mətbuat Şurasının seçkilərlə bağlı yaydığı yekun məlumatda qeyd olunub.

Bildirilib ki, seçkiqabağı dövrdə Mətbuat Şurasının monitorinq qrupu ölkənin müntəzəm yayımlanan vasitələrinin materiallarını nəzərdən keçirib: "Monitorinqin nəticələri onu deməyə əsas verir ki, jurnalistikası seçki kampaniyası müddətində ədalətli rəqabət mühitinin formalaşmasına həssas yanaşıb, cəmiyyətin obyektiv informasiya almaq hüququnun gerçəkləşməsini təmin edib".

Vurğulanıb ki, seçkiləri həm təbliğat-təşviqat kampaniyası dövründə, həm də seçki günü medianın prosesi işıqlandırması, onun qanunauyğun fəaliyyətinin, bütövlükdə media azadlığının, informasiya əldə etmək hüququnun təminatı baxımından bütün beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçirilib: ", seçkilərin informasiya təminatı yüksək səviyyədə reallaşıb. Ən əsası, Azərbaycan mediası prosesin müxtəlif aspektlərinin təqdimatında yüksək peşəkarlıq nümayiş etdirib".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…