“İnter Mayami”nin və Argentina milli komandasının 39 yaşlı hücumçusu Lionel Messi yaxın gələcəkdə peşəkar futbolçu karyerasını başa vurmaq ehtimalını dəyərləndirir. 8 dəfə "Qızıl top" mükafatının qalibi olan təcrübəli hücumçu 2026-cı ilin sonunda yaşıl meydanlarla vidalaşmaq variantını nəzərdən keçirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
2023-cü ilin yayından bəri Şimali Amerika Liqasında (MLS) "İnter Mayami" şərəfini qoruyan Messinin klubla mövcud əmək müqaviləsi 2028-ci ilin dekabr ayına qədər nəzərdə tutulub. Müqavilə müddətinin uzun olmasına baxmayaraq, futbolçunun öz karyerasını daha erkən – 2026-cı il mövsümünün yekununda bitirmək hüququ və ehtimalı var.
Karyerası ərzində İspaniyanın “Barselona” və Fransanın “PSJ” klublarında çıxış edən argentinalı ulduz, futbol tarixinin en çox titul qazanan oyunçularından biridir.