Əsas məzmuna keç

Orduda yoxlamalar başladı

Orduda yoxlamalar başladı

bu barədə “Ukrainskaya Pravda” nəşri mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, məqsəd 2022-ci ildən döyüş əməliyyatlarında iştirak etməyən zabit...

en ru

Silahlı Qüvvələrinin Baş Komandanı Mixail Baş Qərargahın və generallarının kadr yoxlamasına başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, məqsəd 2022-ci ildən döyüş əməliyyatlarında iştirak etməyən zabit və generalları müəyyən etməkdir.

çərçivəsində bölmə rəhbərləri 2022-ci ildən döyüş tapşırıqlarının həllində praktiki təcrübəsi olmayan hərbi qulluqçular haqqında məlumat təqdim etməlidirlər. Bildirilir ki, sentyabrın 28-də Drapatı şəxsən Baş Qərargahın bütün struktur bölmələrinin rəhbərlərini toplayaraq onlardan nə gözlədiyini izah edib.

Mənbənin sözlərinə əsasən, döyüş təcrübəsi peşəkarlığın yeganə meyarı olmasa da, ordunun rəhbərləri qoşunlarda baş verənlərdən xəbərdar olmalıdırlar.

“Eyni zamanda, döyüş təcrübəsi olmayan bütün zabitlər avtomatik işdən çıxarılmayacaqlar. Belə hərbi qulluqçuların bir hissəsinin qoşunlara göndərilməsi planlaşdırılır, onların Baş Qərargahdakı yerlərinə isə cəbhədə xidmət edən zabitlər seçilə bilər”, - nəşr yazır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…