Operativ Məlumat Mərkəzi

Məşədi Dadaş məscidinə yeni imam təyin edilib

1 dəq
Paylaş:
Məşədi Dadaş məscidinə yeni imam təyin edilib
bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Əli Şərbətov məscidə imam təyin...

Bakıdakı Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əli Şərbətov məscidə imam təyin olunub və o, bu gün Məşədi Dadaş məscidinin dini icmasına təqdim olunacaq.

M.Qurbanlı həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: "Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək".

Qeyd edək ki, Məşədi Dadaş məscidin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər