Mərakeş sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 6 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Mərakeş İnsan Haqları Dərnəyi tərəfindən edilən yazılı açıqlamada ölkənin cənub bölgəsindəki Daxla vilayətinin sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batdığı bildirilib.
Açıqlamada Kanar adalarına gedən qayıqda neçə nəfərin olduğu barədə dəqiq məlumatın olmadığı vurğulanıb.
Mərakeş rəsmilərindən mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.