Əsas məzmuna keç

Məktəbəhazırlıq qruplarına qəbul başlayıb, prioritet məktəblər açıqlanıb

Məktəbəhazırlıq qruplarına qəbul başlayıb, prioritet məktəblər açıqlanıb

2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər açıqlanıb. MÜTDA-dan "Operativ Məlumat...

2025–2026-cı ili üzrə qruplarına qəbul zamanı tətbiq olunan məktəblər açıqlanıb.


MÜTDA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, prioritet hüququ tətbiq edilən məktəblərin siyahısı aidiyyəti yerli təhsili idarəetmə orqanları tərəfindən təsdiqlənərək vətəndaşlara www.mektebeqebul.edu.az portalı vasitəsilə təqdim edilib.


Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur və qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək.


Prioritet tətbiq edilən məktəblərin siyahısı ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

Bu gündən etibarən 2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Bildirilib ki, bölməsi üzrə seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq.

Qəbul prosesi 12 sentyabradək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…