Əsas məzmuna keç

Meksikada vulkan püskürməsi baş verib

Meksikada vulkan püskürməsi baş verib

Meksikada vulkanında şiddətli püskürmələr baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Fəlakətin Qarşısının Alınması Mərkəzinin (CENAPRED) etdiyi gündəlik fəaliyyət hesabatına görə, son 24 saat ərzində vulkanda 3 püskürmə, 127 qaz və kül püskürməsi baş verib.

Bildirilib ki, son günlər vulkanın püskürmələri intensivləşib. Vulkanın səpdiyi külün yaşayış məntəqələrinə çatdığı, küllərin isə evlərin eyvanlarına, vasitələrinin üzərinə yığıldığı görülüb.

Vulkanda püskürmələrin davam edəcəyini vurğulayan səlahiyyətlilər, kraterdən uzaq durmaq və sağlamlığa zərər verə biləcək kül yağışına qarşı tədbir görmək barədə xəbərdarlıq edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…