Operativ Məlumat Mərkəzi

Meksikada universitet tələbələri Qəzza üçün həmrəylik düşərgəsi qurublar

1 dəq
Paylaş:
Meksikada universitet tələbələri Qəzza üçün həmrəylik düşərgəsi qurublar

Meksika Milli Muxtar Universitetinin müxtəlif fakültələrinin tələbələri “Qəzza ilə həmrəylik düşərgəsi” yaradıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Meksika hökuməti İsraillə diplomatik əlaqələri kəsənə qədər etirazlarını davam etdirəcəklərini bildirən tələbələr düşərgəyə Fələstin bayraqları sancıblar.

Həmçinin, Mexiko Kollecinin obyektlərində toplaşan "Fələstində Soyqırıma Qarşı Tələbə Təşkilatı" adlı qrup binanın üzərinə pankartlar asaraq, Meksika hökumətini İsrailə reaksiya verməyə çağırıb.

İsrailin Qəzzaya hücumlarına tez-tez etiraz edən meksikalılar bir neçə dəfə İsrailin Mexikodakı səfirliyi qarşısında toplaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər