Operativ Məlumat Mərkəzi

Meksikada silahlı hücum zamanı 6 nəfər ölüb, onlarla insan yaralanıb

1 dəq
Paylaş:
Meksikada silahlı hücum zamanı 6 nəfər ölüb, onlarla insan yaralanıb
{"az":"Meksikanın Syudad Obreqon şəhərində baş verən silahlı hücumda bir neçə nəfər öldürülüb, onlarla insan yaralanıb. \"Operativ Məlumat Mərkəzi-OMM\" bu barədə...","en":"","ru":""}

Meksikanın Syudad Obreqon şəhərində baş verən silahlı hücumda bir neçə nəfər öldürülüb, onlarla insan yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, Kajeme qəsəbəsində şənlik mərasimi zamanı 3 silahlı şəxs evə hücum edib.

Hadisə zamanı 6 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 26 nəfər yaralanıb. Xəsarət alanlardan 2-nin yaşının 18-dən az olduğu bildirilir.

Prokuror Qustavo Salas Sançes açıqlamasında ölən 6 nəfərdən 5-i barəsində həbs qərarının olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Ehtimal olunur ki, insident qruplaşmanın qarşıdurması nəticəsində baş verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər