Meksikanın Oaxaka ştatında çimərlikdə 8 Çin vətəndaşının meyiti tapılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səlahiyyətlilər qaçqınların qayıqlarının aşması nəticəsində həyatını itirdiyini açıqlayıb.
Ölü tapılan 7 nəfərin qadın, 1 nəfərin isə kişi olduğu bildirilir.
Meksika vətəndaşının idarə etdiyi qayıq bir gün əvvəl Qvatemala sərhədindəki Çiapas əyalətindən yola düşüb.
BBC-nin məlumatına görə, batmış qayıqdan bir nəfər sağ qalıb, qayığa nəzarət edən şəxsin taleyi isə hələlik bəlli deyil.
Oaxaka Prokurorluğu qaçqınların cansız cəsədlərinin Playa Visente yaxınlığındakı çimərlik yaxınlığında tapıldığını açıqlayıb.
Prokurorluq bildirib ki, qəzanın səbəblərini araşdırır və həyatını itirənlərin kimliyini müəyyənləşdirmək üçün Çinin Meksikadakı səfirliyi ilə işləyirlər.