Əsas məzmuna keç

Meksikada hərbi helikopterin okeana düşməsi nəticəsində 3 nəfər ölüb

Meksikada hərbi helikopterin okeana düşməsi nəticəsində 3 nəfər ölüb

bu barədə Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada bildirilib. Açıqlamada limandan təqribən 370 kilometr aralıda okeana düşən helikopterdəki 8...

Meksika donanmasına məxsus hərbi helikopterin Lazaro Kardenas yaxınlığında okean gəmisinin göyərtəsindən havaya qalxdıqdan qısa müddət sonra Sakit Okeana düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada bildirilib.

Açıqlamada limandan təqribən 370 kilometr aralıda okeana düşən helikopterdəki 8 donanma personalından 3-nün öldüyü, 2-nin itkin düşdüyü, xilas edilən 3 nəfərin xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin ağır olduğu bildirilib.

İtkin düşənlərin axtarışları davam edərkən, qəza ilə bağlı araşdırmalara başlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…