Əsas məzmuna keç

Meksika millisi DÇ-2026-nın açılış oyununda qələbə qazandı

Meksika millisi DÇ-2026-nın açılış oyununda qələbə qazandı

Mundialın startında Asteka stadionunda dramatik anlar yaşandı. Xulian Kinyones və Raul Ximenes fərqləndi, Cənubi Afrika Respublikası isə azlıqda qaldı.

ru en

Tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə start götürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Respublikası yığmaları arasında baş tutub.

Paytaxt Mexikodakı "Asteka” stadionunda təşkil olunan qarşılaşma ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Xulian və Raul vurublar.

Afrika təmsilçisi görüşü 9 nəfərlə başa vurub. Əvvəlcə Yaya Sitole, daha sonra Temba Zvane qırmızı vərəqə alaraq meydanı tərk ediblər. Meksika millisinin heyətində isə Sesar Montes meydandan qovulub.

Qeyd edək ki, bu qrupun digər oyununda millisi Çexiyanı sınağa çəkəcək. Həmin görüş Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.

Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…