Operativ Məlumat Mərkəzi

Məkkə Həcc dönəminə hazırlaşır

3 dəq
Paylaş:
Məkkə Həcc dönəminə hazırlaşır
{"az":"bu il təxminən  2 milyona yaxın  zəvvarın Həcc ziyarətinə getməsi gözlənilir. Bu həftədən etibarən  artıq 935 min zəvvar müqəddəs torpaqlara gəlib....","en":"","ru":""}

Məkkə 2024-cü ilin Həcc dönəminə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu il təxminən 2 milyona yaxın zəvvarın Həcc ziyarətinə getməsi gözlənilir.

Bu həftədən etibarən artıq 935 min zəvvar müqəddəs torpaqlara gəlib. Səudiyyə Ərəbistanı hökuməti bu ildən zəvvarlara bir sıra qayda və məhdudiyyətlər tətbiq edəcək.

Belə ki, ziyarət vizası olanlara və turistlərə mayın 23-dən iyunun 21-dək Həcc ziyarətini yerinə yetirməyi və Məkkəyə daxil olmağı qadağan edilib.

Ərəbistanının Daxili İşlər Nazirliyi bildirib ki, bunun üçün zəvvarlar Ərəbistanından Həcc vizası və ya Həcc icazəsi almalıdır. Başqa adda olan ziyarət vizası olan şəxslərə Həcc ziyarəti etməyə icazə verilməyəcək.

Yeni qaydalara əsasən, Həcc icazəsi olmadan tutulan şəxslərə 2,666 ABŞ dolları məbləğində cərimə tətbiq ediləcək. Həmçinin, zəvvarlara Həcc dövrü boyu şəxsiyyət vəsiqələrini üzərlərində gəzdirmələri tövsiyə olunub.

Bundan əlavə bu il qəssabxanalar üçün də ciddi qaydalar tətbiq olunacaq. Bunun üçün Ekologiya və Ətraf Mühit Nazirliyi sağlamlıq qaydalarına riayət olunmasını təmin etmək üçün kəsim məntəqələrində hərtərəfli yoxlamalar aparır. Nazirlik rəsmiləri kəsim qrafiki və iş növbəsinin təşkili daxil olmaqla, tullantıların atılmasına, avadanlıq və mexanizmlərin düzgün istifadəsinə nəzarət edəcəklər.

Nəqliyyat sistemi də Həcc dönəminə hazırdır. Krallığın Nəqliyyat Baş İdarəsi ziyarət zamanı zəvvarların daşınması üçün 27 mindən çox avtobus və 5000-dən çox taksi təqdim edəcəyini bildirib. Zəvvarların rahatlığı üçün sərnişinlərə avtobuslarda siqaret çəkmək və yemək yemək qadağan edilir.

Məkkə rəsmiləri həmçinin Məkkədə və müqəddəs məkanlarda 18 xəstəxana və 126 sağlamlıq mərkəzinin hazırlıq səviyyələrini nəzərdən keçirib.

Bu arada Məkkə artıq ilk ziyarətçilərini qəbul etməyə başlayıb. Belə ki, bu həftə İraq və Misirdən ilk zəvvar qrupları Məkkəyə gəlib. Onlar 194 nəfər könüllü tərəfindən təhlükəsizlik şərtləri altında müşaiyət olunublar. Həcc ziyarətinin isə iyunun 14-ü axşam saatlarında başlanması nəzərdə tutulub.

Xatırladaq ki, Məkkəyə həcc ziyarəti, fiziki və maddi imkanları olan müsəlmanların ömründə ən azı bir dəfə yerinə yetirməli olduğu vacib dini bir vəzifədir.

Dünya müsəlmanları üçün ikinci ən müqəddəs bayram olan Qurban bayramı həm də illik Həcc ayinləri, yəni Məkkəyə həcc ziyarəti ilə üst-üstə düşdüyü üçün hər iki bayramın dini ayinləri eyni vaxtda icra edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər